Yuxarı
    Bağlamaq

    Azərbaycanın 4 komandası Ümumdünya Şahmat Olimpiadasında qələbə qazanıb

    İkinci turun görüşləri başa çatıb

    Bakı. 3 sentyabr. REPORT.AZ/ Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında ikinci turun görüşləri başa çatıb.

    "Report"un məlumatına görə, Azərbaycanın kişilərdən ibarət əsas millisi Makedoniya ilə qarşılaşıb.

    Aparıcı şahmatçılarımız bu dəfə də qalib gəliblər.

    İkinci yığma Litvanı məğlub edib. Ancaq üçüncü komanda Belarusa uduzub.

    Azərbaycanın qadınlardan ibarət əsas millisi Meksikanı yenərək, ardıcıl 2-ci qələbəsini qazanıb. İkinci komanda Monqolustanı məğlub edib. Ancaq qadınlarda da üçüncü yığma uduzub. Rəqib Türkiyə olub.

    Ümumdünya Şahmat Olimpiadası

    II tur

    Kişilər

    Makedoniya - Azərbaycan1 - 0:4

    Trayko Nedev - Şəhriyar Məmmədyarov - 0:1

    Filip Pançevski - Teymur Rəcəbov - 0:1

    Aleksandar Koloviç - Rauf Məmmədov - 0:1

    Nikola Nikolovski - Arkadi Naydiç - 0:1

    Litva - Azərbaycan2 - 0,5:3,5

    Eduardas Rozentalis - Vasif Durarbəyli - 0:1

    Tomas Laurusas - Nicat Abbasov - 0:1

    Sarunas Sulskis - Ülvi Bacarani - 0,5:0,5

    Vidmantas Malisauskas - Namiq Quliyev - 0:1

    Belarus - Azərbaycan3 - 3,5:0,5

    Sergey Jiqalko - Vüqar Əsədli - 1:0

    Andrey Jiqalko - Nail Bəşirli - 0,5:0,5

    Kirill Stupak - Abdulla Qədimbəyli - 1:0

    Aleksey Aleksandrov - Məhəmməd Muradlı - 1:0

    İlk turdan sonra Azərbaycan1 4-cü, Azərbaycan3 55-ci, Azərbaycan2 76-cı yerdə qərarlaşıb.

    Qadınlar

    Azərbaycan1 - Meksika - 2,5:0,5

    Zeynəb Məmmədyarova - Diana Karim Real Pereyra - 0:1

    Günay Məmmədzadə - Alexandra Gerrero Rodriges - 1:0

    Aydan Höccətova - Lilia İvonne Fuentes Qodoy - 1:0

    Nərmin Kazımova - İvette Ale Qarsia Morales - 0,5:0,5

    Azərbaycan2 - Monqolustan - 2,5:1,5

    Türkan Məmmədyarova - Davaademberel Nomin-Erdene - 0,5:0,5

    Nərmin Xələfova - Tuvşintuqs Batçimeq - 0,5:0,5

    Ülviyyə Fətəliyeva - Uurtsayx Uuriintuya - 1:0

    Nərgiz Umudova - Altan-Ulzii Enxxtuul - 0,5:0,5

    Azərbaycan3 - Türkiyə - 1,5:2,5

    Nərmin Məmmədova - Yekaterina Atalık - 0,5:0,5

    Xanım Balacayeva - Betul Cemre Yıldız - 0,5:0,5

    Gövhər Beydullayeva - Kübra Öztürk - 0,5:0,5

    Ayan Allahverdiyeva - Zəhra Topel - 0:1

    İlk turdan sonra Azərbaycan1 15-ci, Azərbaycan2 25-ci, Azərbaycan3 49-cu yerdə qərarlaşıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi