Yuxarı

Azərbaycanın 14 bədən tərbiyəsi müəllimi ABŞ-da təcrübə keçib

Tədbir məhdud imkanlı gənclər üçün idmanın inkişafına dəstək layihəsi çərçivəsində baş tutub

Bakı. 21 yanvar. REPORT.AZ/ Azərbaycanda məhdud imkanlı gənclər üçün idmanın inkişafına dəstək layihəsi həyata keçirilib. 

"Report" xəbər verir ki, Azərbaycan Paralimpiya Komitəsinin dəstəyi ilə ABŞ-ın Treninq və İnkişaf İnstitutu tərəfindən həyata keçirilən layihə çərçivəsində 14 bədən tərbiyəsi müəllimi 2014-cü ilin payızında ABŞ-a səfər edib və orada məhdud imkanları olan gənclər üçün idmanın inkişafı üzrə proqramlar, tənəffüs idmanı üzrə proqramlar ilə tanış olublar. 

Tədbirdə bədən tərbiyəsi müəllimləri ABŞ-da əldə olunan təcrübənin Azərbaycanda necə tətbiq olunduğuna dair təqdimatlarını nümayiş etdiriblər.

Bundan başqa, proqram çərçivəsində Bakıya ABŞ-dan nümayəndə heyəti gəlib.

Tədbirdə iştirak edən ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan gənclər, o cümlədən məhdud imkanları olan gənclər üçün idmanın inkişafının, onların cəmiyyətin həyatına cəlb olunmalarının əhəmiyyətini qeyd edib.

Onun sözlərinə görə, bu cür proqramlar Azərbaycanla ABŞ arasında mədəni və sosial əlaqələri möhkəmləndirməyə imkan verir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi