Yuxarı

​Azərbaycanın 1 güləşçisi qızıl, 2 güləşçisi bürünc medal uğrunda yarışacaq

Hacımurad Məhəmmədsəidov İspaniya, Ermənistan və Türkiyə təmsilçilərini 10:0 hesabı ilə məğlub edərək adını finala yazdırıb

Buxarest. 26 iyun. REPORT.AZ/ Rumıniyanın paytaxtı Buxarest şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir.

"Report"un Şərqi Avropa bürosu xəbər verir ki, çempionatın son günündə 55, 66, 84 və 120 kq çəkidə sərbəst güləşçilər mübarizəyə qoşulub.

55 kq çəkidə mübarizə aparan Mahir Əmiraslanov ilk görüşündə Rusiya təmsilçisinə 8:10 hesabı ilə uduzsa da, təsəlliverici görüşdə Moldovalı Petru Craciuna tam üstünlüklə qalib gələrək bürünc medal uğrunda görüşə haqq qazanıb.

66 kq çəkidə mübarizə aparan Fazil Həsənov 1/16 görüşündə Belarus təmsilçisinə qalib gəlsə də, 1/8 finalda ukraynalı güləşçiyə məğlub olaraq çıxışını dayandırıb.

84 kq çəkidə mübarizə aparan Hacımurad Məhəmmədsəidov İspaniya, Ermənistan və Türkiyə təmsilçilərinin hər birini 10:0 hesabı ilə vaxtından əvvəl məğlub edərək adını finala yazdırıb. Həlledici görüşdə təmsilçimizin rəqibi rusiyalı idmançı B. Tcakulov olacaq.

120 kq çəkidə mübarizə aparan Alimaqomed Alixmoyev 1/8 finalda Ukrayna təmsilçisinə qalib gəlsə də, ¼ finlada rusiyalı Maqomedamin Dibirova məğlub olub. Təsəlliverici görüşdə pəhləvanımız yunanıstanlı Kristos Mavridisi 11-1 hesabı ilə məğlub edərək bürünc medalı uğrunda görüşə imkan qazanıb.

Final görüşləri Bakı vaxtı ilə saat 19-da başlayacaq.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi