Azərbaycanda FİFA referilərini döyən futzalçı 2 illik cəzalandırılıb

Azərbaycanda FİFA referilərini döyən futzalçı 2 illik cəzalandırılıb Rəhman Ələkbərli həmçinin hakimləri təhqir edib
Komanda
17 Aprel , 2018 15:25
Azərbaycanda FİFA referilərini döyən futzalçı 2 illik cəzalandırılıb

Bakı. 17 aprel. REPORT.AZ/ AFFA İntizam Komitəsi Azərbaycan I Liqasında çıxış edən "Yasamal 2" komandasının futzalçısı Rəhman Ələkbərlini 2 il müddətinə yarışlardan kənarlaşdırıb. 

"Report"un məlumatına görə, buna səbəb oyunçunun "Qarabağ"la görüşün 27-ci dəqiqəsində hakimə fiziki təzyiq göstərməsidir. Ələkbərli həmçinin referinin qərarına kəskin etiraz edərək onu təhqir edib. 

Qeyd edək ki, futzal üzrə FİFA referiləri - Hikmət Qafarlı və Elçin Səmədlinin idarə etdiyi qarşılaşma "Qarabağ"ın 6:2 hesablı qələbəsi ilə başa çatıb. 

Son xəbərlər

Orphus sistemi