Yuxarı
    Bağlamaq

    Azərbaycan yığmasının voleybolçusu Türkiyədə əməliyyat olunub

    Gənc oyunçu 2-3 aydan sonra meydana dönəcək

    Bakı. 26 may. REPORT.AZ/ Azərbaycan milli komandasının qadın voleybolçusu Olena Həsənova Türkiyədə əməliyyat olunub.

    Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tibbi müdaxilə “Acibadem Fulya" xəstəxanasında uğurla gerçəkləşib. 22 yaşlı blok qurucusunun həkimi Ömər Faruk Taşer gənc oyunçunun 2-3 aydan sonra meydana dönəcəyini bildirib.

    Qeyd edək ki, Olena Həsənova "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq zamanı ciddi ağrılar hiss edib. Bu səbəbdən, müayinə olunan Həsənovanın qarın əzələlərinin altında yırtığının yenidən problem yaratdığı ortaya çıxıb. Nəticədə o, İslamiadada iştirak edə bilməyib. Voleybolçu mayın sonlarında Bakıda keçiriləcək dünya Çempionatının seçmə oyunlarında da milliyə kömək edə bilməyəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi