Yuxarı

Azərbaycan yığmasının voleybolçusu könüllü elçi kimi fəaliyyətə başlayıb

Polina Rəhimova fanatlara üzərində Azərbaycan yazılmış köynəklər paylayıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Cənubi Koreyanın "Suvon" klubunda çıxış edən qadınlardan ibarət Azərbaycan milli komandasının voleybolçusu Polina Rəhimova könüllü elçi kimi fəaliyyətə başlayıb. "Report"un məlumatına görə, 25 yaşlı idmançı koreyalı fanatlar üçün üzərində "Azərbaycan" yazılmış köynəklər paylayıb. 

Geyimlərə ölkənin adı ilə yanaşı, tarixi məkanlarının fotoları əks olunub. P.Rəhimova köynəklərin hər birinə imza atmağı da unutmayıb. 

Qeyd edək ki, Polina Rəhimova "Suvon"da 2014-cü ilin oktyabrından çıxış edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi