Azərbaycan yığmasının üzvləri "Thailand Open" turnirində "pley-off"a vəsiqə qazanıblar

Azərbaycan yığmasının üzvləri "Thailand Open" turnirində "pley-off"a vəsiqə qazanıblar Vivian Daniela - Zinaida Lyubimova və Rakuel Ferreyra - Yuliya Kərimova duetləri təsnifat mərhələsində qələbələr əldə ediblər
Komanda
117
6 Noyabr , 2014 15:49
Bakı. 6 noyabr. REPORT.AZ/ Tailandda çimərlik voleybolu üzrə qadınlar arasında keçirilən "Thailand Open" turnirində Azərbaycan milli komandasının üzvləri əsas mərhələyə vəsiqə qazanıblar. "Report"un məlumatına görə, yarışda Vivian Daniela - Zinaida Lyubimova və Rakuel Ferreyra - Yuliya Kərimova duetləri mübarizə aparıb.

Ümumilikdə 36 komanda təsnifat mərhələsindən mübarizəyə başlayıb. Daniela - Lyubimova dueti İtaliya (2:0), Çexiya (2:1) və Almaniya (2:0) təmsilçilərinə qalib gəliblər. Ferreyra - Kərimova cütlüyü isə Avstraliya təmsilçilərinə 0:2 hesabı ilə uduzsa da, Yaponiya və ABŞ duetlərini eyni hesabla yenərək, "Pley-off"a çıxıblar.

Qeyd edək ki, "Thailand Open"in ümumi mükafat fondu 50 min avrodur. İlk 3 yeri tutan cütlüklər Beynəlxalq Voleybol Federasiyasının reytinq siyahısında yüksələcəklər.

Son xəbərlər

Orphus sistemi