Yuxarı

Futzal üzrə Azərbaycan yığması dünya çempionatında qələbə qazanıb - FOTO

Yığmamız rəqibi 5:0 hesabı ilə məğlub edib

Bakı. 13 sentyabr. REPORT.AZ/ Azərbaycan futzal yığması bu gecə tarixi matçına çıxıb. 

"Report"un məlumatına görə, milli komanda dünya çempionatının final mərhələsində debüt edib.

Braziliyalı Milton Luis Ziller Juniorin baş məşqçisi olduğu yığma F qrupunda ilk oyununu Mərakeş yığmasına qarşı keçirib. Medellində "Coliseo İvan de Bedout"da baş tutmuş görüşdə Azərbaycan futzalçıları böyük hesablı qələbə qazanıb.

Millinin heyətində Vassoura het-trik edib. Qallo və Bolinya isə hərəyə bir dəfə fərqlənib.

Yığmanın qrupdakı digər rəqibləri İspaniya və İran yığmalarıdır. İspaniya ilə matç sentyabrın 16-da, İranla ayın 19-da olacaq. Hər iki görüş Bakı vaxtı ilə saat 03:00-da start götürəcək.

Futzal üzrə dünya çempionatı
13 sentyabr

F qrupu
03:00. Mərakeş - Azərbaycan - 0:5
Qollar: Vassoura, 14.25, 17.01, 32.59. Qallo 28.30. Bolinya, 30.49
Hakimlər: Jose Katemo (Anqola), Eduardo Fernandes (Portuqaliya), Kamil Çetin (Türkiyə)
Medellin şəhəri, "Coliseo Ivan de Bedout" idman kompleksi.

Mərakeş: 1.Rabie Zaari 3.Mohamed Youad 8.Adil habil (K) 10.El Mesrar 11.Bilal Bakkali
Ehtiyat oyunçular: 12.Reda Xiyari 2. Asraf Saou 4.Xalid Kouri 5.Youssef El Mazray 6.Soufyane Borite 7.Youness El Asas 9.Zakaria Kauiri 13.Sülayman Amxar 14.Abdelatif Fati
Baş məşqçi: Hiçam Dquiq

Azərbaycan: 12.Rövşən Hüseynli 3.Tiaqo Bolinya 5.Fineo 10.Vassoura 13.Qallo
Ehtiyat oyunçular: 1.Emin Kürdov 4.İsa Atayev 6.Eduardo 7.Ramiz Çovdarov 8.Rizvan Fərzəliyev (K) 9.Fabio Poletto 11.Xətai Bağırov 14.Vitaliy Borisov 2.Elnur Zamanov
Baş məşqçi: Miltinyo

Qeyd edək ki, Final mərhələsində 6 qrupda ilk 2 yeri tutanlar, habelə 3-cü pillənin sahibləri arasında ən yaxşı 4 yığma 1/8 finala çıxacaqlar. Azərbaycan 24 iştirakçı arasında Avropanı təmsil edən 7 yığmadan, final mərhələsinin 4 debütantından biridir. Digərləri Mozambik, Vyetnam və Özbəkistandır. Son dünya çemponu hazırkı turnirin də əsas favoritlərindən olan Braziliya yığmasıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi