Azərbaycan yığması Braziliya klubunu məğlub edib

Azərbaycan yığması Braziliya klubunu məğlub edib 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirinə hazırlaşan voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Braziliyada ilk yoxlama oyununu keçirib.
Komanda
29 İyul , 2019 12:47
Azərbaycan yığması Braziliya klubunu məğlub edib

2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirinə hazırlaşan voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Braziliyada ilk yoxlama oyununu keçirib. 

"Report"un məlumatına görə, Covanni Kapraranın baş məşqçisi olduğu kollektiv təlim-məşq toplanışı çərçivəsində bu ölkənin "Esporte Pineyruş" klubu ilə qarşılaşıb. Görüş Azərbaycan yığmasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qeyd edək ki, Olimpiya Təsnifat Oyunları 1 - 3 avqustda keçiriləcək. D qrupunda yer alan Azərbaycan millisi ilk qarşılaşmasında Dominikan Respublikası ilə üz-üzə gələcək. Bu matç avqustun 1-də olacaq. Ertəsi gün rəqib ev sahibi Braziliya, iyulun 3-də isə Kamerun yığması olacaq. Olimpiadaya lisenziya qazanmaq üçün qrup qalibi olmaq lazımdır. 

Son xəbərlər

Orphus sistemi