Azərbaycan voleybolçuları Sloveniya, Fransa və Latviya yığmaları ilə qarşılaşacaqlar

Azərbaycan voleybolçuları Sloveniya, Fransa və Latviya yığmaları ilə qarşılaşacaqlar Lüksemburqda təşkil olunan tədbirdə ilk iki seçmə mərhələnin qrupları bəlli olub
Komanda
31 Oktyabr , 2015 18:52
Azərbaycan voleybolçuları Sloveniya, Fransa və Latviya yığmaları ilə qarşılaşacaqlar

Bakı. 31 oktyabr. REPORT.AZ/ On doqquz yaşadək qadın voleybolçulardan ibarət milli komandalar arasında 2016-cı ildə keçiriləcək Avropa çempionatının oktyabrın 31-də püşkü atılıb.

Lüksemburqda təşkil olunan tədbirdə ilk iki seçmə mərhələnin qrupları bəlli olub.

Yarışda qüvvəsini sınayacaq Azərbaycan millisi mübarizəyə ikinci seçmə mərhələdən başlayacaq. Püşkatmada sonuncu səbətdə qərarlaşan yığmamız “F” qrupunda mübarizə aparacaq. Komandamız Sloveniya, Fransa və Latviya milliləri ilə yarışacaq. Bu mərhələnin oyunları 2016-cı il martın 31-dən aprelin 3-dək keçiriləcək.

Seçmə mərhələdə birinci olan komandalar birbaşa final mərhələsinə yüksələcək. Qrup ikinciləri və ən yaxşı nəticəyə malik üçüncü yerin sahibi isə üçüncü seçmə mərhələdə qüvvəsini sınayacaq.

Son xəbərlər

Orphus sistemi