Azərbaycan voleybolçuları lisenziya turnirinə məğlubiyyətlə başlayıb

Azərbaycan voleybolçuları lisenziya turnirinə məğlubiyyətlə başlayıb Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirində mübarizəyə başlayıb.
Komanda
2 Avqust , 2019 01:16
Azərbaycan voleybolçuları lisenziya turnirinə məğlubiyyətlə başlayıb

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirində mübarizəyə başlayıb.

"Report" xəbər verir ki, D qrupunda yer alan yığmanın rəqibi Dominikan Respublikası millisi olub. Braziliyanın Uberlandiya şəhərində keçirilmiş görüş 3:0 hesabı ilə Dominikan millisinin qələbəsi ilə yekunlaşıb. Setlərdə isə hesab belə olub: 25-15, 25-22 və 25-18. Qrupun digər oyununda Braziliya Kameruna qalib gəlib 3-0 (25:14, 25:13, 25:16). 

Qeyd edək ki, Azərbaycan millisi avqustun 2-də Braziliya, Kamerun isə Dominikan Respublikası ilə üz-üzə gələcək. Avqustun 3-də keçiriləcək üçüncü turun görüşlərindən sonra qrupda birinci yeri tutacaq komanda olimpiadaya lisenziya qazanacaq.

Son xəbərlər

Orphus sistemi