Azərbaycan voleybol yığması olimpiadaya vəsiqə şanslarını itirib

Azərbaycan voleybol yığması olimpiadaya vəsiqə şanslarını itirib Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya şanslarını itirib.
Komanda
10 Yanvar , 2020 00:01
Azərbaycan voleybol yığması olimpiadaya vəsiqə şanslarını itirib

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya şanslarını itirib.

"Report" xəbər verir ki, bu, Niderlandın Apeldorn şəhərindəki Avropa Təsnifat Turnirində hazırda meydan sahibləri ilə Polşa arasında davam edən görüş zamanı məlum olub. 

İlk 2 setdən 25:2025:23 hesablı üstünlüklərlə ayrılan Polşa aktivinə ən azı daha bir xal yazdırıb. Birinci oyununda isə bu komanda Bolqarıstana 3:1 hesabı ilə qalib gələrək, 3 xal qazanmışdı. Beləliklə, hazırda ən azı 4 xala malik Polşa 3 oyundan 3 xal yığan Bolqarıstan və hələ xalı olmayan Azərbaycan üçün əlçatmaz olub. Növbəti mərhələyə digər vəsiqəyə isə ən azı 6 xala malik Hollandiya yiyələnib.

Azərbaycan son turda Polşaya qalib gəlsə belə, yarımfinala vəsiqə verən ilk 2 pillədən birini tuta bilməyəcək. Vаsif Tаlıbovun baş məşqçi olduğu kollektiv Niderlanda 0:3, Bolqarıstana isə 1:3 hesabı ilə uduzub. Son turda Polşa ilə görüşdə qələbə də komandanı sonuncu pillədən qurtarmayacaq. Çünki 3 oyundan 3 xal yığan Bolqarıstan şəxsi oyunda Azərbaycandan üstündür.

Qeyd edək ki, Avropa Təsnifat Turnirinin yalnız qalibi olimpiadaya vəsiqə qazanacaq. 

Son xəbərlər

Orphus sistemi