Azərbaycan voleybol millisi Niderlanda uduzub

Azərbaycan voleybol millisi Niderlanda uduzub Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Macarıstanın Samboteli şəhərindəki beynəlxalq "Savaria" turnirində növbəti oyununu keçirib.
Komanda
7 avqust 2021 03:09
Azərbaycan voleybol millisi Niderlanda uduzub

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Macarıstanın Samboteli şəhərindəki beynəlxalq "Savaria" turnirində növbəti oyununu keçirib.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu dəfə rəqib Niderland yığması olub. Görüş "narıncılar"ın qələbəsi ilə yekunlaşıb - 3:0 (25:14, 25:13, 25:16).

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Macarıstana uduzub - 2:3. Son oyun bu gün Çexiyaya qarşı olacaq.

Son xəbərlər

Orphus sistemi