Azərbaycan voleybol millisi İran yığmasını məğlub edib

Azərbaycan voleybol millisi İran yığmasını məğlub edib Sloveniya toplanışına 12 oyunçu qatılıb
Komanda
18 Aprel , 2017 11:48
Azərbaycan voleybol millisi İran yığmasını məğlub edib

Bakı. 18 aprel. REPORT.AZ/ IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşan voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışının ikinci mərhələsinə Sloveniyanın Maribor şəhərində start verib.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Faiq Qarayevin rəhbərliyi altında hazırlıq keçən yığmanın düşərgəsində 12 voleybolçu yer alıb.

Bunlar Aynur Kərimova, Ayşən Abduləzimova, Ceyran Əliyeva, Valeriya Məmmədova, Marqarita Əzizova, Kristina Yaqubova, Yelizaveta Səmədova, Anastasiya Qurbanova, Anastasiya Şaş, Oksana Kiselyova, Olena Həsənova və Yekaterina Jidkovadır.

Azərbaycan millisi hazırlığın ilk günündə yoxlama görüşü keçirib. F.Qarayevin rəhbərlik etdiyi kollektiv İran yığmasını 3:0 (25:14, 25:16, 25:17) hesabı ilə məğlub edib.

Yığma toplanışın ilk mərhələsini 7 – 15 apreldə Bakıda reallaşıdırıb.

Qeyd edək ki, Sloveniya toplanışına mayın 2-də yekun vurulacaq. Hazırda yığmadan kənarda qalan 4 legioner voleybolçu - Ksenya Poznyak (“Beşiktaş”, Türkiyə), Yana Kulan (“Çanakkale Belediyyespor”, Türkiyə), Odina Bayramova (“Fierense”, İtaliya) və Polina Rəhimova (“Toyota”, Yaponiya) komanda Bakıya döndükdən sonra düşərgəyə qoşulacaqlar.

Son xəbərlər

Orphus sistemi