Azərbaycanın voleybol üzrə milli komandası bu gün Slovakiya yığması ilə qarşılaşacaq - FOTO

Azərbaycanın voleybol üzrə milli komandası bu gün Slovakiya yığması ilə qarşılaşacaq - FOTO Komandalar Avropa çempionatına vəsiqə uğrunda mübarizə aparacaqlar
Komanda
23 May , 2015 10:28
Azərbaycanın voleybol üzrə milli komandası bu gün Slovakiya yığması ilə qarşılaşacaq - FOTO

Bakı. 23 may. REPORT.AZ/ Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının 3-cü təsnifat mərhələsində ilk görüşünü keçirəcək. "Report"un məlumatına görə, rəqib Slovakiya yığması olacaq.

Bakıdakı Voleybol Mərkəzində təşkil ediləcək qarşılaşma saat 18:00-da başlanacaq. Matçın hakimləri türkiyəli İlhami Senyurt və ukraynalı Alim Batyuk olacaq.

Azərbaycan yığması oyuna itki ilə çıxacaq. Natalya Məmmədova qolundakı ağrıların davam etməsi üzündən milliyə çağırılmayıb. Əvəzində analıq məzuniyyətindən qayıdan Valeriya Korotenko əsas komandada məşqləri bərpa edib.

Qeyd edək ki, cavab görüşü mayın 30-da Slovakiyanın Levitse şəhərindəki İdman Sarayında baş tutacaq. İki oyunun nəticəsində üstün olacaq komanda sentyabrın 26-dan oktyabrın 4-dək Hollandiya və Belçikada təşkil olunacaq Avropa çempionatının final mərhələsinə yüksələcək.

Son xəbərlər

Orphus sistemi