Azərbaycan Voleybol Federasiyası: "Milli komandaya baş məşqçi təyinatı yaxın günlərdə gerçəkləşəcək"

Azərbaycan Voleybol Federasiyası: "Milli komandaya baş məşqçi təyinatı yaxın günlərdə gerçəkləşəcək" Qızıl Avropa Liqası üçün sifariş ərizəsində Faiq Qarayevin Azərbaycanın voleybolçu qadınlardan ibarət milli komandasının baş məşqçisi kimi göstərilməsi şərti xarakter daşıyır.
Komanda
17 Aprel , 2019 14:11
Azərbaycan Voleybol Federasiyası: Milli komandaya baş məşqçi təyinatı yaxın günlərdə gerçəkləşəcək

Qızıl Avropa Liqası üçün sifariş ərizəsində Faiq Qarayevin Azərbaycanın voleybolçu qadınlardan ibarət milli komandasının baş məşqçisi kimi göstərilməsi şərti xarakter daşıyır. 

Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hazırda baş məşqçi məsələsi ilə bağlı məsləhətləşmələrə başlanılıb. Bu vəzifəyə təyinat yaxın günlərdə federasiya prezidenti Cavid Qurbanovun iştirakı ilə keçiriləcək Rəyasət Heyətinin iclasında gerçəkləşəcək. 

F.Qarayev baş məşqçi fəaliyyətini ötən il səhətindəki problemlərlə əlaqədar dayandırıb. Lakin o, ölkənin voleybol həyatında qalaraq, I vitse-prezident kimi federasiya rəhbərliyində təmsil olunur.

Son xəbərlər

Orphus sistemi