Azərbaycan və Ermənistanın basketbol yığmaları eyni qrupa düşüblər

Azərbaycan və Ermənistanın basketbol yığmaları eyni qrupa düşüblər Basketbol üzrə kişilərdən ibarət Azərbaycan və Ermənistan milli komandaları 2020-ci ildə keçiriləcək kiçik dövlətlərin Avropa çempinonatında eyni qrupda çıxış edəcəklər.
Komanda
11 Dekabr , 2019 13:09
Azərbaycan və Ermənistanın basketbol yığmaları eyni qrupa düşüblər

Basketbol üzrə kişilərdən ibarət Azərbaycan və Ermənistan milli komandaları 2020-ci ildə keçiriləcək kiçik dövlətlərin Avropa çempinonatında eyni qrupda çıxış edəcəklər.

“Report” Beynəlxalq Basketbol Federasiyasına istinadən xəbər verir ki, bu, Almaniyada keçirilən püşkatmadan sonra bəlli olub. 

B qrupunda Azərbaycan və Ermənistanla yanaşı, İrlandıya ilə Andorra yığmaları da mübarizə aparacaq.

Kiçik dövlətlərin Avropa çempinonatı 2020-ci il iyunun 28-dən iyulun 4-dək İrlandiyanın Limerik şəhərində keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi