​Azərbaycan taekvondoçusu dünya çempionu olub

​Azərbaycan taekvondoçusu dünya çempionu olub Radik İsayev Taekvondo Federasiyasının 14 illik dünya çempionluğu həsrətinə son qoyub
Komanda
17 May , 2015 23:48
​Azərbaycan taekvondoçusu dünya çempionu olub

Bakı. 17 may. REPORT.AZ/ Rusiyanın Çelyabinsk şəhərində keçirilən dünya çempionatında Azərbaycan taekvondoçusu Radik İsayev qızıl medal qazanıb.

"Report"un məlumatına görə, 87 kq. çəki dərəcəsində çıxış edən 26 yaşlı idmançı ilk 3 görüşündə Banqladeş, Taypey və Fransa təmsilçilərini üstələyib.

Finala gedən yolda R.İsayev kubalı Rafael Kastilyonu 7:6 hesabı ilə yenib. Həlledici qarşılaşmada isə o, özbək Cəsur Baykuziyevi məğlubiyyətə uğradıb - 5:4. Bununla da R.İsayev Azərbaycan Taekvondo Federasiyasının 14 illik dünya çempionluğu həsrətinə son qoyub. Daha öncə bu uğura 2001-ci ildə 68 kq. çəki dərəcəsində Niyaməddin Paşayev imza atıb.

Qeyd edək ki, bu, bu, Çelyabinskdəki dünya çempionatında Azərbaycan millisinin ilk medalı olub. Yarışa mayın 18-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi