Yuxarı

​Azərbaycan taekvondoçusu Avropa ikincisi olub

İdmançımız finalda rusiyalı rəqibinə məğlub yenilib

Bakı. 31 mart. REPORT.AZ/ 25-29 mart tarixlərində Rusiyanın Kabardin-Balkar Respublikasının paytaxtı Nalçik şəhərində ilk dəfə Olimpiya çəki dərəcələrində taekvondo üzrə Avropa Çempionatı keçirilib.

"Report" Azərbaycan Taekvondo Federasiyasına istinadən xəbər verir ki, yarışda ölkəmizi 4 çəki dərəcəsində 7 taekvondoçu təmsil edib.

Baş məşqçi Reza Mehmandoust Soumaehsaraeinin və böyük məşqçi Elnur Amanovun rəhbərliyi altında çempionata qatılan idmançılarımızadan Radik İsayev (+80 kq) qızıl medal uğrunda həlledici döyüşdə, Rusiya təmsilçisi Vladislav Larinə məğlub olaraq gümüş medala layiq görülüb.

Qeyd edək ki, reytinq xarakterli “G1” kateqoriyalı Avropa çempionatında I, II və III yeri tutan idmançılar müvafiq olaraq 10, 6 və 3.6 xal toplayır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi