Yuxarı
    Bağlamaq

    Azərbaycan Super Liqasında son finalçı müəyyənləşib

    Azərreyl Azəryoldan üstün olub

    Bakı. 30 mart. REPORT.AZ/ Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında son finalçı müəyyənləşib. "Report"un məlumatına görə, Bakı İdman Sarayında "Azərreyl"lə "Azəryol" üz-üzə gəlib.

    Görüş "dəmiryolçular"ın qələbəsi ilə yekunlaşıb - 3:0. Bu komandanın finaldakı rəqibi "Telekom" olacaq. "Azəryol" isə "Lokomotiv"lə 3-cü yer uğrunda görüşə çıxacaq.

    Qeyd edək ki, bu, "Azərreyl"lə "Azəryol" arasında 3-cü görüş idi. Əvvəlki 2 yarımfinal matçından birincisində "Azərreyl" 3:0 hesabı ilə üstün olmuşdusa, növbəti qarşılaşmada "Azəryol" qələbə qazanmışdı - 3:2. 

    Azərbaycan Super Liqası

    Yarımfinal mərhələsi

    18:00. "Azərreyl" - "Azəryol" - 3:0 (25:19, 25:19, 25:21)

    Bakı İdman Sarayı

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi