Azərbaycan Super Liqasında mövsümə yekun vurulub

Azərbaycan Super Liqasında mövsümə yekun vurulub Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında mövsümə yekun vurulub.
Komanda
16 Aprel , 2022 17:50
Azərbaycan Super Liqasında mövsümə yekun vurulub

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında mövsümə yekun vurulub.

"Report"un məlumatına görə, sonuncu - XII turun ilk oyununda "Abşeron" "Murov"la üz-üzə gəlib.

Azərbaycan Voleybol Federasiyasının idman zalındakı qarşılaşma "Abşeron"un 3:1 (25:21, 25:19, 19:25, 25:19) hesablı qələbəsi ilə yekunlaşıb.

Günün ikinci görüşündə “Azərreyl” UNEC-i 3:1 (25:18, 25:16, 16:25, 25:23) hesabı ilə üstələyib.

Mövsüm ərzində maksimum nəticə göstərən "Abşeron" 36 xalla birinci, “Azərreyl” 20 xalla ikinci, "Murov" 11 xalla üçüncü, UNEC 5 xalla dördüncü yeri tutub.

Qeyd edək ki, medalçılar əvvəlki turlarda bəlli olduğundan, sonuncu tur formal xarakter daşıyıb.

Son xəbərlər

Orphus sistemi