Yuxarı

​Azərbaycan sambo üzrə Avropa çempionatında daha bir qızıl medal qazanıb

R.Dünyamalıyev finalda gürcü rəqibini məğlub edib

Bakı. 19 aprel. REPORT.AZ/ Serbiyanın Novi Sad şəhərində yeniyetmə və gənc samboçular arasında Avropa çempionatında Azərbaycan yığması daha bir qızıl medal qazanıb.

"Report"un məlumatına görə, bu, yeniyetmələr arasında 52 kq. çəki dərəcəsində çıxış edən Rəşad Dünyamalıyevdir.

R.Dünyamalıyev finalda gürcü Ənvəri Latsabidzeni məğlub edib. Bürünc medallara rusiyalı Aleksey Xarin və erməni Xaruryun Sarqsyan sahib olub. Mükafatlandırma mərasimində idmançımızın şərəfinə Azərbaycan himni səsləndirilib.

Qeyd edək ki, Avropa çempionatının ilk yarış günündə gənc samboçularımızdan Kamran Əsgərov (62 kq) finalda Ermənistanın daha bir təmsilçisi Volodya Sarqsyanı yenərək, qızıl medal qazanıb. Yeniyetmə samboçumuz Eyvaz Baxşıyev (48 kq) isə bürünc medala sahib olub. Çempionata bu gün yekun vurulacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi