Azərbaycan şahmatçıları Macarıstanı məğlub edərək Avropa çempionatının ikinci pilləsinə yüksəlib

Azərbaycan şahmatçıları Macarıstanı məğlub edərək Avropa çempionatının ikinci pilləsinə yüksəlib Şahmat komandası birinci yerdə gedən Rusiyadan bir xal geri qalır
Komanda
5 Noyabr , 2017 12:25
Azərbaycan şahmatçıları Macarıstanı məğlub edərək Avropa çempionatının ikinci pilləsinə yüksəlib

Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycanın kişilərdən ibarət yığma komandası Yunanıstanda keçirilən şahmat üzrə Avropa çempionatında mübarizəni davam etdirir.

“Report” xəbər verir ki, noyabrın 3-də Ermənistan komandasını məğlub edən (VI) Azərbaycan şahmatçıları VII turda Macarıstan üzərində 3:1 hesabı ilə qələbə qazanıb.

Azərbaycan yığması bu qələbə sayəsində xallarını 11-ə çatdıraraq turnirin ikinci pilləsinə yüksəlib. Komanda birinci yerdə qərarlaşan Rusiya millisindən bir xal geri qalır.

Azərbaycan şahmatçıları VIII turda Rusiya millisi ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi