Yuxarı

​Azərbaycan komandalarının Latviya və Ermənistanla görüşlər üçün heyətləri açıqlanıb

Bu gün Avropa çempionatında VII turun qarşılaşmaları keçiriləcək

Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycanın kişi və qadın şahmatçılardan ibarət komandaları İslandiyanın Reykyavik şəhərində davam edən Avropa çempionatında bu gün VII turun görüşlərini keçirəcəklər. "Report"un məlumatına görə, rəqiblər müvafiq olaraq Latviya ilə Ermənistandır.

Artıq komandaların heyəti açıqlanıb:

Kişilər

Latviya - Azərbaycan

Aleksey Şirov - Şəhriyar Məmmədyarov

İqor Kovalenko - Teymur Rəcəbov

Artur Neyksan - Arkadi Naydiç

Tom Kantan - Rauf Məmmədov

Qadınlar

Ermənistan - Azərbaycan

Elina Danielyan - Zeynəb Məmmədyarova

Lilit Mkrtçyan - Gülnar Məmmədova

Lilit Qaloyan - Nərmin Kazımova

Mariya Kursova - Xəyalə Abdulla

Görüşlər Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. 6 turdan sonra Azərbaycanın kişilərdən ibarət komandası 4 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət nəticəsində 9 xalla 3-cü pillədə qərarlaşıb. Qadınlardan ibarət Azərbaycan komandası 3 qələbə və 3 məğlubiyyətlə 6 xalla 16-cıdır. Siyahıda İngiltərə, İtaliya və Çexiya şahmatçılarının da aktivində 9 xal var.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı Aleksandr Xalifmanın kapitanı olduğu kişilərdən ibarət seçmə komandada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Qədir Hüseynov və Arkadi Naydiç, Fikrət Sideifzadənin rəhbərlik etdiyi qadınlardan ibarət komandada isə Gülnar Məmmədova, Zeynəb Məmmədyarova, Xəyalə Abdulla, Nərmin Kazımova və Ülviyyə Fətəliyeva təmsil edir. 66 komandanın mübarizə apardığı çempionat noyabrın 22-də başa çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi