Azərbaycan Şahmat Olimpiadasında ¼ finala vəsiqə qazanıb

Azərbaycan Şahmat Olimpiadasında ¼ finala vəsiqə qazanıb Ümumdünya Şahmat Olimpiadasının top divizionunda mübarizə aparan Azərbaycan komandası qrup oyunlarını lider kimi başa vuraraq birbaşa 1/4 finala vəsiqə qazanıb.
Komanda
649
23 Avqust , 2020 19:30
Azərbaycan Şahmat Olimpiadasında ¼ finala vəsiqə qazanıb

Ümumdünya Şahmat Olimpiadasının top divizionunda mübarizə aparan Azərbaycan komandası qrup oyunlarını lider kimi başa vuraraq birbaşa 1/4 finala vəsiqə qazanıb.

"Report" xəbər verir ki, heyətində Rauf Məmmədov, Qədir Hüseynov, Günay Məmmədzadə, Türkan Məmmədyarova, Aydın Süleymanlı və Gövhər Beydullayevanın mübarizə apardığı komandamız son turda Fransa yığması üzərində 3,5:2,5 hesablı qələbə qazanıb.

Aktivində 14 xal olan yığma qrup oyunlarını birinci yerdə başa vurub. Macarıstan (14 xal) komandası ikinci, Ukrayna (13 xal) yığması isə üçüncü yerləri tutublar.

Son xəbərlər

Orphus sistemi