​Azərbaycan prezidenti F-1 mərhələsində qələbə qazanan Niko Rosberqə çempion kubokunu təqdim edib

​Azərbaycan prezidenti F-1 mərhələsində qələbə qazanan Niko Rosberqə çempion kubokunu təqdim edib Bakıda Formula-1 qaliblərinin mükafatlandırılma mərasimi keçirilib
Komanda
19 İyun , 2016 19:25
​Azərbaycan prezidenti F-1 mərhələsində qələbə qazanan Niko Rosberqə çempion kubokunu təqdim edib

Bakı. 19 iyun. REPORT.AZ/ Bu gün Bakıda keçirilən Formula-1 Avropa Qran Prisi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

"Report" xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev F-1 mərhələsinin qalibi olan "Mercedes" komandasının pilotu Niko Rosberqə çempion kubokunu təqdim edib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konstruktorlar kubokunu "Mercedes AMG"nin texniki direktoru Aldo Kostaya təqdim edib. Finişə ikinci çatan Sebastyan Fettelə (Ferrari) isə mükafatı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov verib.

Yarışda üçüncü yeri tutan Serxio Peres (Force India) Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov tərəfindən mükafatlandırılıb.

Son xəbərlər

Orphus sistemi