Azərbaycan Premyer Liqası: AZAL autsayderlə görüşdə xal itirib

Azərbaycan Premyer Liqası: AZAL autsayderlə görüşdə xal itirib turun son görüşündə iki paytaxt təmsilçisi qarşılaşıb
Komanda
24 Aprel , 2016 19:13
Azərbaycan Premyer Liqası: AZAL autsayderlə görüşdə xal itirib

Bakı. 24aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub.

 "Report" xəbər verir ki, turun son görüşündə iki paytaxt təmsilçisi qarşılaşıb. Autsayder “Rəvan” klubu avrokuboklara vəsiqə iddiasında olan AZAL-ı qəbul edib. Meydan sahibləri Yasin Həmidin 14-cü dəqiqədə vurduğu yeganə qolla AZAL-ı minimal hesabla məğlub ediblər - 1:0.

Beləliklə, hər iki komandanın turnir cədvəlində mövqeyi dəyişməyib. “Rəvan” 14 xalla sonuncu, Tərlan Əhmədovun komandası isə 42 xalla altıncı pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi