Azərbaycan millisinin yer aldığı qrupda Polşa Bolqarıstanı məğlub edib

Azərbaycan millisinin yer aldığı qrupda Polşa Bolqarıstanı məğlub edib Qadın voleybolçular arasında Avropa Olimpiya Təsnifat Turnirinə start verilib.
Komanda
7 Yanvar , 2020 21:00
Azərbaycan millisinin yer aldığı qrupda Polşa Bolqarıstanı məğlub edib

Qadın voleybolçular arasında Avropa Olimpiya Təsnifat Turnirinə start verilib.

"Report"un məlumatına görə, Azərbaycan millisinin yer aldığı A qrupunda Polşa və Bolqarıstan yığmaları üz-üzə gəlib.

Niderlandın Apeldorn şəhərində keçirilən görüşdə Polşa 3:1 (23:25, 25:20, 25:19, 25:22) hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, qrupun digər qarşılaşmasında Azərbaycan Niderland komandaları qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi