Azərbaycan millisinin voleybolçusu Macarıstan Kubokunu qazanıb

Azərbaycan millisinin voleybolçusu Macarıstan Kubokunu qazanıb “Vaşaş” klubunda çıxış edən Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova Macarıstan Kubokunu qazanıb.
Komanda
100
15 Mart , 2022 13:18
Azərbaycan millisinin voleybolçusu Macarıstan Kubokunu qazanıb

“Vaşaş” klubunda çıxış edən Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova Macarıstan Kubokunu qazanıb.

"Report"un məlumatına görə, yığmanın kapitanı qazanılan qələbə ilə bağlı Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə təəssüratlarını bölüşüb.

Abduləzimova bildirib ki, bu, mövsüm ərzində onların ikinci uğurudur: "Qələbə münasibətilə komanda yoldaşlarımı təbrik edirəm. Düşünürəm ki, biz əsl komanda oyunu göstərərək bu uğura imza atdıq”.

Oyunçu komandasının bununla kifayətlənmək fikrində olmadığını sözlərinə əlavə edib: “Vaşaş” hər zaman iştirak etdiyi yarışlara qalib gəlmək üçün qatılır, hər matçda ən gözəl oyun nümayiş etdirməyə çalışır. Fikrimcə, iki uğura bu istək sayəsində imza atmışıq. Əvvəlcə MEVZA (Orta Avropa Voleybol Zona Assosiasiyası - red.) turnirinin qalibi olduq, undi isə Macarıstan Kubokunu qazandıq. Qarşıda bizi çempionat oyunları gözləyir. İnanıram ki, bu matçlarda da qələbə qazanaraq üçüncü hədəfimizə çatacağıq".

Qeyd edək ki, “Vaşaş” finalda SZBBRA komandasını 3:1 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi