Yuxarı
    Bağlamaq

    Azərbaycan millisinin voleybolçusu karyerasını İtaliyada davam etdirə bilər

    Vüqar Bayramov adını açıqlamadığı klubla danışıq aparır© Report.az

    Bakı. 22 may. REPORT.AZ/ Azərbaycan milli komandasının voleybolçusu Vüqar Bayramov karyerasını İtaliyada davam etdirə bilər. Bu barədə “Report”a 25 yaşlı idmançının özü məlumat verib.

    O bildirib ki, hazırda bununla bağlı danışıq aparılır: “Karyeramı İtaliyada davam etdirməyi düşünürəm. Hələlik ad çəkmək istəmirəm, danışıqlar gedir. Rəsmiləşdikdən sonra açıqlayacağam”.

    Qeyd edək ki, Vüqar Bayramov son mövsümü Türkiyə çempionatının II divizionunda çıxış edən “Solhan” klubunda keçirib. O, karyerası ərzində “Azərneft”, “Sərhədçi”, “Birgol İranian” (İran) və “Palandöken Belediyespor” (Türkiyə) komandalarının da formasını geyinib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi