Azərbaycan millisinin voleybolçusu Braziliyada 3 nominasiyanın qalibi olub

Azərbaycan millisinin voleybolçusu Braziliyada 3 nominasiyanın qalibi olub Azərbaycan millisinin hücumçusu Polina Rəhimova Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olan yığmanın düşərgəsinə 2019-cu ilin ən yaxşısı kimi gəlib.
Komanda
29 Dekabr , 2019 17:04
Azərbaycan millisinin voleybolçusu Braziliyada 3 nominasiyanın qalibi olub

Azərbaycan millisinin hücumçusu Polina Rəhimova Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olan yığmanın düşərgəsinə 2019-cu ilin ən yaxşısı kimi gəlib.

"Report"un məlumatına görə, Braziliyanın “Sesi” klubunda çıxış edən hücumçu Superliqada 3 nominasiyanı birinci pillədə başa vurub. O, 11 matçın 42 setində komandasına 234 xal qazandırıb. Rəhimova orta hesabla hər hissədə yığılan toplarda da birincidir. Voleybolçu bu nominasiyada 5,57 faiz göstərici ilə rəqiblərini arxada qoyub. Hücumçu seyv sayında da liderdir. Onun 21 topu komandasına birbaşa xal gətirib.

Qeyd edək ki, Polina Rəhimovanın şərəfini qoruduğu “Sesi” 11 matçdan 19 xal toplayıb və 12 komanda arasında 5-cidir.

Son xəbərlər

Orphus sistemi