Bakı. 23 noyabr. REPORT.AZ/ Bakıda futzal üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı başlayıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, toplanış dünya çempionatının seçmə mərhələsinin oyunlarına hazırlıq məqsədilə təşkil olunub.
Baş məşqçi Perez Moreno Qomez Faustino 15 futzalçıya - Rövşən Hüseyni, Emin Kürdov, Elnur Zamanov, Rizvan Fərzəliyev, Vitali Borisov, Rafael Durval, Augusto Cesar, Amadeu Fernandes, Ramiz Çovdarov, Xətai Bağırov, Samir Həmzəyev, Zeynal Zeynalov, Fineo de Araujo, Andre de Campos və Eduardo Melloya dəvət göndərib.
Qeyd edək ki, təlim-məşq toplanışı noyabrın 29-da yekunlaşacaq.