​Azərbaycan millisinin sabiq baş məşqçisi bu gün dəfn olunacaq

​Azərbaycan millisinin sabiq baş məşqçisi bu gün dəfn olunacaq Mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılacaq
Komanda
13 May , 2016 10:25
​Azərbaycan millisinin sabiq baş məşqçisi bu gün dəfn olunacaq

Bakı. 13 may. REPORT.AZ/ Kişilərdən ibarət Azərbaycan milli komandasının və son illərdə qızlardan ibarət gənclər millisinin baş məşqçisi olmuş Feliks Məmmədov vəfat edib. "Report"un məlumatına görə, 79 yaşlı mütəxəssis xərçəng xəstəliyi səbəbindən səhər saatlarında dünyasını dəyişib.

Mərhumla vida mərasimi bu gün saat 13:00-dan 15:00-dək Təzə Pir məscidində olacaq. Əməkdar məşqçi Yasamal qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Feliks Məmmədov 1937-ci il iyunun 5-də Bakının Mərdəkan qəsəbəsində dünyaya gəlib.

Son xəbərlər

Orphus sistemi