Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün yekun heyəti açıqlanıb

Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün yekun heyəti açıqlanıb Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün yekun sifariş ərizəsi açıqlanıb.
Komanda
20 May , 2019 15:14
Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün yekun heyəti açıqlanıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün yekun sifariş ərizəsi açıqlanıb.

Azərbaycan Voleybol Federasiyasından “Report”a verilən məlumata görə, Belarus, İspaniya və Finlandiya ilə C qrupunda yer alan yığmanın heyətində 14 oyunçu yer alıb.

Bunlar Leyla Parşkova, Yana Əzimova, Nelli Salbişvili, Ayşən Abduləzimova, Anastasiya Bezsonova, Leysan Lyovkina, Səmra Qafarova, Nurhan Kazımova, Yuliya Kərimova, Bəyaz Əliyeva, Marqarita Əzizova, Kseniya Pavlenko, Mariya Kirilyuk və Larisa Smeltsovadır.

Komandanın italiyalı baş məşqçisi Covanni Kapraraya həmyerlisi Marsello Çervellin və Famil Ağayev kömək edəcəklər. Yığmanın meneceri isə Oksana Kurtdur.

Yığma bu gün təlim-məşq toplanışı üçün Belarusa yola düşüb. Komanda Minskdə Belarus millisi ilə 2 yoldaşlıq görüşü keçirəcək

Qeyd edək ki, milli ilk oyununu mayın 26-da səfərdə Belarusa qarşı keçirəcək. Növbəti görüş isə 3 gün sonra Bakıda İspaniyaya qarşı olacaq. Kapraranın rəhbərlik etdiyi kollektiv iyunun 2-də evdə Finlandiya, iyunun 8-də Belarus, iyunun 12-də səfərdə İspaniya, iyunun 15-də isə Finlandiya ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi