Azərbaycan millisinin oyunlarının vaxtı açıqlandı

Azərbaycan millisinin oyunlarının vaxtı açıqlandı Avropa Voleybol Konfederasiyası (CEV) kişilər və qadınlar arasında 2021-ci ildə keçiriləcək Avropa çempionatlarının yeni tarixlərini açıqlayıb.
Komanda
30 İyun , 2020 13:30
Azərbaycan millisinin oyunlarının vaxtı açıqlandı

Avropa Voleybol Konfederasiyası (CEV) kişilər və qadınlar arasında 2021-ci ildə keçiriləcək Avropa çempionatlarının yeni tarixlərini açıqlayıb. 

"Report"un məlumatına görə, koronavirus pandemiyası üzündən təxirə salınan yarışların seçmə mərhələ oyunları gələn ilin əvvəlində baş tutacaq.

Qadınlardan ibarət Azərbaycan millisi birbaşa AVRO-2021-dən mübarizəyə başlayacaq, kişi voleybolçular seçmə mərhələdə qüvvəsini sınayacaq. Komanda I dövrəni yanvarın 7-10-da Gürcüstanda, 2-ci dövrəni ayın 14-17-də Monteneqroda keçirəcək.

Qeyd edək ki, Kişilərdən ibarət Azərbaycan millisi F qrupunda Gürcüstan və Monteneqro ilə yanaşı, Yunanıstanla üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi