Azərbaycan millisinin olduğu şəhərdə zəlzələ baş verib - VİDEO

Azərbaycan millisinin olduğu şəhərdə zəlzələ baş verib - VİDEO Zəlzələnin gücü 5.9 bal olub
Komanda
14 Sentyabr , 2016 14:02
Azərbaycan millisinin olduğu şəhərdə zəlzələ baş verib - VİDEO

Bakı. 14 sentyabr. REPORT.AZ/ Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında iştirak edən Azərbaycan millisinin olduğu Medellin şəhərində zəlzələ baş verib. "Report"un məlumatına görə, zəlzələnin gücü 5.9 bal olub.

Təbiət hadisəsinin episentri paytaxt Boqotadan 147 km şimalda və 280 km qərbdə qeydə alınıb. Hadisə Azərbaycan millisinin Medellində məskunlaşdığı hoteldə də hiss olunub. Nümayəndə heyətindən "Report"a verilən məlumata görə, həmin an zəlzələ az hiss olunub və hoteldə heç bir təxliyə əməliyyatı aparılmayıb. Azərbaycandan əlavə, dünya çempionatı səbəbindən Kolumbiyada 23 yığma komanda məskunlaşıb.

Zəlzələ nəticəsində zərərçəkənlər haqda məlumat verilmir.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının F qrupunun ilk oyununda Mərakeş yığmasına 5:0 hesabı ilə qalib gəlib. Milli komanda növbəti oyununu İspaniya və İran yığmalarına qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi