Azərbaycan millisinin kapitanı: "Türkiyə çox layiqli rəqibdir"

Azərbaycan millisinin kapitanı: "Türkiyə çox layiqli rəqibdir" "Biz bu gün komanda oyunu nümayiş etdirdik. Sonadək oynadıq".
Komanda
13 Avqust , 2022 16:19
Azərbaycan millisinin kapitanı: Türkiyə çox layiqli rəqibdir

"Biz bu gün komanda oyunu nümayiş etdirdik. Sonadək oynadıq, əllərimizi yana salmadıq. Əsas odur ki, qələbə qazanıb növbəti mərhələyə vəsiqə qazandıq. İkinci hissədə biz bildik ki, artıq qələbə qazanacağıq. Amma bilirdik ki, Özbəkistan döyüşkən komandadır".

"Report"un Konyaya ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu Türkiyədə keçirilən V İslam Həmrəyliyi Oyunlarında qadın həndbolu üzrə milli komandaların yarımfinal görüşündə Özbəkistan millisinə 40:27 hesabı ilə qalib gəlmiş Azərbaycan yığmasının kapitanı Rəna Həsənova deyib.

O, sabah meydan sahibi Türkiyə ilə keçiriləcək matç haqda bunları deyib: "Türkiyə ilə finalda sonadək döyüşəcəyik. İnanırıq ki, onlara qarşı layiqincə mübarizə aparacağıq. Onlar da bizim üçün çox layiqli rəqibdir".

Qeyd edək ki, Azərbaycan millisi B qrupunda Kameruna 10:0 (texniki qələbə), Əfqanıstana 43:9 və İrana 26:17 qalib gələrək qrupda 6 xalla birinci olmuşdu.

Son xəbərlər

Orphus sistemi