Azərbaycan millisinin hücumçusu: "Avropa çempionatında zəif rəqib olmur"

Azərbaycan millisinin hücumçusu: "Avropa çempionatında zəif rəqib olmur" "Avropa çempionatının başlanmasına çox az vaxt qalıb. Hazırlığımız Macarıstanda davam edir. Düşünürəm ki, turnirdə yaxşı oyun göstərəcəyik. Çünki, hazırlığın ilk günündən bizim üçün hər cür şərait yaradılıb. Toplanış müddətində məşqlərlə bərabər, yoxlama
Komanda
4 Avqust , 2021 19:53
Azərbaycan millisinin hücumçusu: Avropa çempionatında zəif rəqib olmur
Anastasiya Bayduk

"Avropa çempionatının başlanmasına çox az vaxt qalıb. Hazırlığımız Macarıstanda davam edir. Düşünürəm ki, turnirdə yaxşı oyun göstərəcəyik. Çünki, hazırlığın ilk günündən bizim üçün hər cür şərait yaradılıb. Toplanış müddətində məşqlərlə bərabər, yoxlama oyunları da keçiririk".

"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Anastasiya Bayduk federasiyasının rəsmi feysbuk səhifəsinə açıqlamasında Avropa çempionatına hazırlıq barədə danışarkən deyib.

22 yaşlı hücumçu bildirib ki, turnirdə zəif komanda olmur: "Hər kəs bizim qrupumuzu ölüm qrupu adlandırır. Düzdür, rəqiblərimiz güclü və təcrübəlidir. Onlara qarşı çıxış etmək çətin olsa da, bir o qədər də maraqlıdır. Avropa çempionatında zəif komanda olmur və hər kəsin məqsədi bu yarışda qalib gəlməkdir".

Bayduk bütün rəqiblərin oyun taktikasına bələd olduqlarını söyləyib: "Bir qrupda mübarizə aparacağımız Fransa millisi ilə Qızıl Avropa Liqasında qarşılaşmışıq. Həmin yarışda fransızlara məğlub olmuşduq, amma bu gün komandamız daha yaxşı formadadır. Düşünürəm ki, Avropa çempionatında Fransa və Bosniya və Hersegovina yığmalarına qalib gələcəyik. Komandamıza uğurlar arzu edirəm".

Qeyd edək ki, Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiyanin birgə ev sahibliyi edəcəyi Avropa çempionatının final mərhələsi avqustun 18-də start götürəcək və sentyabrın 4-də yekunlaşacaq. Yarışda 24 komanda 4 qrupda mübarizə aparacaq. A qrupunda yarışacaq Azərbaycan millisinin rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa, Bosniya və Herseqovina yığmaları olacaq. Bu qrupun oyunları paytaxt Belqradda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi