Azərbaycan millisinin heyətinə daha bir futzalçı dəvət edilib

Azərbaycan millisinin heyətinə daha bir futzalçı dəvət edilib Yığmanın məşqi 1 dəqiqəlik sükutla başlayıb
Komanda
19 Yanvar , 2018 11:40
Azərbaycan millisinin heyətinə daha bir futzalçı dəvət edilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Futzal üzrə Avropa çempionatının final mərhələsinə hazırlaşan Azərbaycan millisinin heyətinə daha bir oyunçu cəlb olunub.

“Report” xəbər verir ki, baş məşqçi Joze Alesio Da Silva Nihat İsmaylovu da yığmaya çağırıb. Təlim-məşq toplanışı çərçivəsində yanvarın 23-də və 24-də İranla iki yoxlama matçı keçirəcək milli bu gün Bakı İdman Sarayında növbəti məşqinə çıxıb. Hazırlıq prosesi 20 Yanvar Şəhidlərinin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Məşqə 16 futzalçı qatılsa da, onlardan biri - Thiaqo Teles Martins yüngül zədəsi olduğu üçün fərdi şəkildə çalışıb.

Qeyd edək ki, Azərbaycan millisi yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək. Joze Alesio Da Silvanı rəhbərlik etdiyi kollektiv qrup oyunları çərçivəsində fevralın 2-də Fransa, fevralın 4-də isə İspaniya yığması ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi