Azərbaycan millisinin futzalçısı Fransa klubuna keçib

Azərbaycan millisinin futzalçısı Fransa klubuna keçib Müdafiəçi “Acces Futsal” klubu ilə anlaşıb
Komanda
29 İyun , 2018 10:13
Azərbaycan millisinin futzalçısı Fransa klubuna keçib
Eduardo Borges

Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycan millisinin və “Araz” klubunun futzalçısı Eduardo Borges karyerası ilə bağlı yeni qərar qəbul edib. 

"Report"un məlumatına görə, "Facebook" hesabında paylaşım edən yığma üzvü qarşıdakı mövsümü Fransa çempionatında keçirəcəyini açıqlayıb. May ayında “Araz”la müqaviləsi başa çatan müdafiəçi “Acces Futsal” klubu ilə anlaşıb. 

Qeyd edək ki, Eduardo Borges 2013-cü ildən Azərbaycan millisinin formasını geyinir. O üç dəfə Avropa, bir dəfə isə dünya çempionatının final mərhələsində çıxış edib. 

Son xəbərlər

Orphus sistemi