Azərbaycan millisinin elit-raunddakı oyunlarının vaxtı və yeri açıqlanıb

Azərbaycan millisinin elit-raunddakı oyunlarının vaxtı və yeri açıqlanıb Rəqiblər Fransa, İngiltərə və Danimarka milliləridir
Komanda
29 Yanvar , 2015 15:38
Azərbaycan millisinin elit-raunddakı oyunlarının vaxtı və yeri açıqlanıb

Bakı. 29 yanvar. REPORT.AZ/ 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda Azərbaycan yığmasının keçirəcəyi oyunların vaxtı və stadionlar müəyyənləşib. "Report"un məlumatına görə, Fransada təşkil olunacaq yarışda rəqiblər təşkilatçı ölkədən əlavə, İngiltərə və Danimarka milliləri olacaq.

Baş məşqçi Nikolay Adamın komandası oyunlara 3 fərqli stadionda və saatda çıxacaq:

26 mart, saat 22:30.

Sen-Lo (Fransa). "Lui Viyeme" stadionu

Fransa – Azərbaycan

28 mart, saat 21:30.

Bayo (Fransa). "Anri Jan" stadionu

İngiltərə – Azərbaycan

31 mart, saat 22:00

Fler (Fransa). "Stad de Az" stadionu

Azərbaycan – Danimarka

Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Son xəbərlər

Orphus sistemi