Yuxarı

​Azərbaycan millisinin dünya çempionatındakı oyunlarının vaxtı müəyyənləşib

Hər 3 rəqib öz qitələrinin çempionlarıdır

Bakı. 20 may. REPORT.AZ/ Futzal üzrə Azərbaycan milli komandasının sentyabrın 10-da Kolumbiyada start götürəcək dünya çempionatındakı oyunlarının vaxtı müəyyənləşib. "Report"un məlumatına görə, F qrupunda çıxış edəcək milli ilk olaraq Mərakeş yığması ilə üz-üzə gələcək.

Qarşılaşma yerli vaxtla sentyabrın 12-si saat 18:00-da (Bakı vaxtı ilə 13 sentyabr saat 03:00) başlayacaq. Millinin qrupdakı növbəti oyunu İspaniyaya qarşı olacaq. Sentyabrın 15-də keçiriləcək qarşılaşma yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 16 sentyabr saat 03:00) start götürəcək. Sonuncu oyun isə sentyabrın 18-də İran yığmasına qarşı olacaq. Həmin görüşün başlama vaxtı da yerli vaxtla saat 18:00-a (Bakı vaxtı ilə 19 sentyabr, 03:00) təyin edilib.

Reqlamentə əsasən, ümumilikdə 6 qrupun hər birindən 2-si, 3-cü pilləni tutan 6 komandadan isə 4-ü 

/8 finala yüksələcək. Bu mərhələnin oyunları 20 - 22 sentyabrda keçiriləcək.

1/4 final mərhələsinin oyunları 24-25 sentyabrda olacaq. Bir günlük fasilədən sonra - 27-28 sentyabrda yarımfinal görüşləri baş tutacaq. Oktyabrın 1-də isə dünya çempionu müəyyənləşəcək.

Qeyd edək ki, həm İspaniya, həm İran, həm də Mərakeş müvafiq olaraq, Avropa, Asiya və Afrikanın son çempionlarıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi