Azərbaycan millisinin də vəsiqə qazandığı Avropa çempionatının bütün iştirakçıları müəyyənləşib

Azərbaycan millisinin də vəsiqə qazandığı Avropa çempionatının bütün iştirakçıları müəyyənləşib Püşkatma mərasimi oktyabrın 2-də olacaq
Komanda
23 Sentyabr , 2015 11:20
Azərbaycan millisinin də vəsiqə qazandığı Avropa çempionatının bütün iştirakçıları müəyyənləşib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Serbiyada keçiriləcək futzal üzrə 2016-cı il Avropa çempionatının final mərhələsinin bütün iştirakçıları müəyyənləşib. "Report"un məlumatına görə, "pley-off" mərhələsini Azərbaycan milli komandasından əlavə, Macarıstan, Çexiya və Qazaxıstan yığmaları da adlamağı bacarıb.

Daha öncə bu hüquqa Serbiya (ev sahibi), İtaliya (axırıncı Avropa çempionu), Xorvatiya, Portuqaliya, Rusiya, Sloveniya, İspaniya və Ukrayna da yiyələnib. Oktyabrın 2-də Belqraddakı "Town Hall"da atılacaq püşk nəticəsində 12 komanda 4 qrupa bölünəcək. Hər qrupda 3 ölkə yer alacaq. Oyunlar gələn il fevralın 2-dən 13-dək keçiriləcək.

Qeyd edək ki, Azərbaycan millisi ardıcıl 4-cü dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib. 2010-cu ildə yığma komanda 4-cü yeri tutduğu halda, 2012 və 2014-cü illərdə qrupda qalıb.

Son xəbərlər

Orphus sistemi