Azərbaycan millisinin baş məşqçisi: "Komandalar arasında səviyyə fərqi aşkar görünürdü"

Azərbaycan millisinin baş məşqçisi: "Komandalar arasında səviyyə fərqi aşkar görünürdü" Komandalar arasında səviyyə fərqi açıq seçilirdi.
Komanda
1 Fevral , 2025 12:49
Azərbaycan millisinin baş məşqçisi: Komandalar arasında səviyyə fərqi aşkar görünürdü
Vitali Borisov

Komandalar arasında səviyyə fərqi aşkar görünürdü.

"Report" xəbər verir ki, bunu Azərbaycanın futzal millisinin baş məşqçisi Vitali Borisov deyib.

Federasiyanın mətbuat xidmətinə açıqlama verən mütəxəssis yığmanın AVRO-2026-nın əsas mərhələsində Xorvatiyaya qarşı keçirdikləri oyun barədə danışıb:

“Komandalar arasında səviyyə fərqi aşkar görünürdü. 9 qoldan 6-nı səhvlərimizdən buraxdıq. Çox yüngül səhvlərə yol verdik, əvəzində 6-7 qol epizodundan 2-ni reallaşdıra bildik. Bu cür oyunlarda hər fürsəti dəyərləndirməlisən.

İlk dəqiqələrdən “5-in 4-ə” oynamaqla sürəti aşağı salmağa, bununla həm də gücümüzə qənaət etməyə çalışdıq. Çünki fevralın 4-də Bakıda Yunanıstanla oyunumuz var. Həmin matç qrup mərhələsini yuxarı pillələrdə başa vurmaq baxımından əhəmiyyətlidir.

Uşaqlara elə də çox iradım yoxdur. Bacardıqları qədər mübarizə apardılar. Bu görüşü unutmalı, qeyd etdiyim kimi, Yunanıstanla matça diqqət yetirməliyik. Bakıda qələbə qazanıb azarkeşlərimizi sevindirmək istəyirik. Həmin oyun həm də qrupda ikinci yeri tutmaq baxımından son şansımız olacaq”.

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2026-nın əsas mərhələsində Xorvatiyaya 2:9 hesabı ilə məğlub olub.

Son xəbərlər

Orphus sistemi