Azərbaycan millisi kişi boksçular arasında dünya çempionatında medal sıralamasına görə dördüncü yeri tutub

Azərbaycan millisi kişi boksçular arasında dünya çempionatında medal sıralamasına görə dördüncü yeri tutub Çempionatda medal əldə edən ölkələrin siyahısı açıqlanıb
Komanda
3 Sentyabr , 2017 02:24
Azərbaycan millisi kişi boksçular arasında dünya çempionatında medal sıralamasına görə dördüncü yeri tutub

Bakı. 3 sentyabr. REPORT.AZ/ Almaniyanın Hamburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatı başa çatıb.

"Report" xəbər verir ki, doqquz gün davam edən yarışın yekununa əsasən medal əldə edən ölkələrin siyahısı açıqlanıb.

Mundialda 10 çəkidən 4-də təmsil olunan Azərbaycan yığması 2 medal yiyələnib. Hesabına 1 qızıl və 1 bürünc mükafat yazan komandamız medal sıralamasına görə dünya çempionatını 4-cü pillədə başa vurub. Millimiz göstərdiyi nəticəyə görə Avropada bütün komandaları qabaqlayıb.

Hamburqda ümumilikdə 20 ölkə medala sahib olub. Onlardan cəmi 6-ı çempionluq sevinci yaşayıb.

Siyahıda birinci yeri Kuba yığması tutub. Amerika qitəsinin təmsilçisi 5 qızıl və 2 gümüş medal qazanıb. İlk "üçlük"də iki Asiya təmsilçisi də yer alıb. İkinci pillədə Özbəkistan (1 qızıl, 3 gümüş, 2 bürünc) qərarlaşdığı halda, üçüncü yeri Qazaxıstan (1 qızıl, 2 gümüş və 3 bürünc) tutub. Avropa yığmaları arasında ən yaxşı nəticəyə malik millimiz isə ümumi sıralamada 4-cü olub.

Qeyd edək ki, yığmamızın heyətində Məhəmmədrəsul Məcidov (+91 kq) qızıl, Kamran Şahsuvarlı (75 kq) bürünc medal qazanıb. 

Son xəbərlər

Orphus sistemi