Azərbaycan millisi dünya çempionatının hazırlığına Antalyada start verəcək

Azərbaycan millisi dünya çempionatının hazırlığına Antalyada start verəcək Komanda "Neftçi"nin qaldığı oteldə məskunlaşacaq
Komanda
7 Fevral , 2018 11:08
Azərbaycan millisi dünya çempionatının hazırlığına Antalyada start verəcək

Bakı. 7 fevral. REPORT.AZ/ Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının hazırlıq prosesinə aprelin ikinci yarısında başlayacaq.

Azərbaycan Voleybol Federasiyasından “Report”a verilən məlumata görə, yığma təlim-məşq toplanışı üçün Türkiyənin Antalya bölgəsinə üz tutacaq. Aralıq dənizinin sahilində məskunlaşacaq millinin qalacağı məkanı da artıq məlumdur. Bu, Boğazaq bələdiyyəsində yerləşən “Alva Donna Exclusive Hotel & Spa”dır.

Qış fasiləsində “Neftçi” futbol komandası öz təlim-məşq toplanışı üçün də məhz bu oteli seçmişdi.

Qeyd edək ki, dünya çempionatı 29 sentyabr – 20 oktyabrda Yaponiyada keçiriləcək. Azərbaycan millisi ABŞ, Rusiya, Cənubi Koreya, Tailand, eləcə də Trinidad və Tobaqo yığmaları ilə birgə C qrupunda yer alıb. 

Son xəbərlər

Orphus sistemi