​Azərbaycan millisi Avropa Liqasının finalında ilk oyununu keçirəcək

​Azərbaycan millisi Avropa Liqasının finalında ilk oyununu keçirəcək İlk görüş səfərdə olacaq
Komanda
30 İyun , 2016 10:22
​Azərbaycan millisi Avropa Liqasının finalında ilk oyununu keçirəcək

Bakı. 30 iyun. REPORT.AZ/ Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi bu gün Avropa Liqasının final mərhələsinin ilk oyununa çıxacaq. "Report"un məlumatına görə, rəqib Slovakiya yığması olacaq.

Görüş Nitra şəhərindəki idman sarayında olacaq. Qarşılaşmanı serbiyalı Mirko Yankoviç və macarıstanlı Eva Tibor idarə edəcək.

Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Faiq Qarayevin rəhbərlik etdiyi komanda Yunanıstanı məğlub edərək (3:1, 3:1) finala yüksəlib. Slovakiya isə yarımfinalda Sloveniyadan (3:2, 3:1) üstün olub.

Qeyd edək ki, cavab oyunu iyulun 3-də Bakıda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi