Azərbaycan milli komandasının yeni baş məşqçisi əməliyyat olunub

Azərbaycan milli komandasının yeni baş məşqçisi əməliyyat olunub Faiq Qarayev yenidən baş məşqçi təyin edilib
Komanda
30 İyun , 2015 17:44
Azərbaycan milli komandasının yeni baş məşqçisi əməliyyat olunub

Bakı. 30 iyun. REPORT.AZ/ Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandasında baş məşqçi dəyişikliyi gerçəkləşib. Bu barədə "Report"a Azərbaycan Voleybol Federasiyasının rəsmisi Zöhrab Gözəlbəyli məlumat verib.

O, bildirib ki, baş məşqçi postu yenidən Faiq Qarayevə həvalə olunub. Z.Gözəlbəylinin sözlərinə görə, F.Qarayev bu postda Aleksandr Çervyakovu əvəzləyib: "Faiq Qarayev bu gün Bakıda ayağından əməliyyat olunub. Tam sağaldıqdan sonra vəzifəsinin icrasına başlayacaq. O, milli komandanın sentyabrın sonu - oktyabrın əvvəllərində Hollandiya və Belçikada keçiriləcək Avropa çempionatına hazırlayacaq".

Federasiya rəsmisi baş məşqçinin köməkçilərinin adlarına aydınlıq gəlmədiyini söyləyib.

Qeyd edək ki, Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası "Bakı 2015" I Avropa Oyunlarında 3-cü yer uğrunda görüşdə Serbiyaya 2:3 hesabı ilə uduzaraq, medalsız qalıb. 

Son xəbərlər

Orphus sistemi