Bolqarıstan millisinin baş məşqçisi Azərbaycan yığmasını məşhur komanda adlandırıb

Bolqarıstan millisinin baş məşqçisi Azərbaycan yığmasını məşhur komanda adlandırıb Azərbaycan millisi məşhur rəqibdir. Bizi nə iləsə təəccübləndirəcəklərini düşünmürəm.
Komanda
31 Avqust , 2019 12:50
Bolqarıstan millisinin baş məşqçisi Azərbaycan yığmasını məşhur komanda adlandırıb

"Azərbaycan millisi məşhur rəqibdir. Bizi nə iləsə təəccübləndirəcəklərini düşünmürəm".

"Report"un məlumatına görə, bunu Bolqarıstanın voleybolçu qadınlardan ibarət yığmasının baş məşqçisi İvan Pektov Avropa çempionatının 1/8 final matçı barədə danışarkən deyib. O, sentyabrın 1-də keçirəcəkləri oyuna çox yaxşı hazırlaşmalarının gərəkliyini vurğulayıb: "İndi məqsəd odur ki, qızlarımız yaxşı istirahət etsinlər və 100 faiz sağlam olsunlar. Çünki bizim hələ Budapeştə səfərimiz də var. Görüşə hərtərəfli hazırlığa bundan sonra başlayacağıq. Azərbaycanı yenməyə gücümüzün olduğunu düşünür və uğur əldə edəcəyimizə ümid edirəm".

Qeyd edək ki, Macarıstan paytaxtındakı "Laslo Papp" arenasında təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi