Bakı. 24 may. REPORT.AZ/ Mərakeşin paytaxtı Rabat şəhərində keçirilən “Masters” seriyalı beynəlxalq cüdo turnirinin ilk günündə kişilər arasında 60, 66 və 73 kq, qadınlar arasında isə 48, 52, 57 və 63 kq. çəki dərəcələrində mükafatlar oynanılıb.
“Report” xəbər verir ki, yarışın ilk günündə Azərbaycan cüdoçusu Orxan Səfərov (60 kq) finalda Yaponiya idmançısı Naoxisa Takatoya məğlub olaraq gümüş medal qazanıb.
Digər cüdoçumuz Rüstəm Orucov (73 kq) isə üçüncü yerlə kifayətlənməli olub.
Turnirə bu gün yekun vurulacaq.